Ermənistanda bağırsaq infeksiyası yayıldı: 11 nəfər xəstəxanaya yerləşdirildi
İnterpress.az xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzi (NCDC) məlumat yayıb.
Ermənistanın Büreqavan icmasında bağırsaq infeksiyası halları qeydə alınıb.
Milli Mərkəzin məlumatına görə, hazırda 11 nəfər xəstəxanaya yerləşdirilib, onların vəziyyəti orta ağırlıqda qiymətləndirilir.
Ümumilikdə təxminən 30 nəfər təcili yardım şöbəsinə müraciət edib, xəstələrin bir hissəsi isə ev şəraitində müalicə olunur.
İnfeksiyanın əsas simptomları kimi ürəkbulanma, ishal, qusma və yüksək hərarət qeyd olunur.
Xuraman Etibarlı
İnterpress.az






