Ermənistanda partiya sədri həbs edildibackend

Ermənistanda partiya sədri həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Milli Təhlükəsizlik Partiyasının sədri Qarnik İsaqulyan yalan məlumat yaydığı üçün həbs edilib.

Məlumatı “Aysor” yayıb.

Bildirilib ki, Qarnik İsaqulyan 2021-ci il sentyarbın 20-də keçirdiyi mətbuat konfransında Ermənistanın Ukraynadakı səfiri barəsində yalan məlumat verib.

O deyib ki, guya səfir Türkiyə və Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən ələ alınıb, habelə 2008-ci ildən sonra bu dövlətlərin uyğun qurumları ilə əməkdaşlıq edib.

Partiya sədrinin iddiasına əsasən, guya səfir Azərbaycanın Ukraynadakı səfiri ilə görüşüb. Bu görüşün nəticəsində isə Ermənistanın Baş naziri Batumidə Türkiyə Prezidenti ilə görüşməli imiş. Ermənistana pensiyaları vermək üçün pul olmadığından guya Türkiyə Prezidenti ona pul köçürməli imiş. İstintaq nəticəsində müəyyən edilib ki, Qarnik İsaqulyan səfirə qarşı böhtan atmaqla ağır cinayət işlədib.