Ermənistanı gözləyən reallıq: “Yaxın vaxtlarda daha bir qapaz başlarında çatlayacaq”backend

Ermənistanı gözləyən reallıq: “Yaxın vaxtlarda daha bir qapaz başlarında çatlayacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində 28 sentyabr tarixində ən azı üç erməni əsgəri məhv edilib. Hadisədən dərhal sonra Nikol Paşinyan status paylaşaraq Azərbaycanı Ermənistan sərhədləri daxilində təxribat törətməkdə və atəşkəsi pozmaqda günahlandırıb. Paşinyan indidentlərin qarşısını almaq üçün beynəlxalq monitorinq missiyasının yerləşdirilməsinin vacibliyini qeyd edib.

Mövzu ilə bağlı Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov İnterpress.az-a açıqlamasında bildirib ki, ərköyün Ermənistanın Qafqaza beynəlxalq qüvvələri gətirmək istəyi fonunda İranın susqunluğu qəribə və başadüşülən deyil:

“Xatırladım ki, bundan əvvəl Paşinyan ABŞ da və Fransada səfərlərdə olarkən bir neçə dəfə beynəlxalq missiyanı ölkəsinə dəvət etmişdi. Qarabağdan fərqli olaraq hazırki toqquşmalar zamanı Ermənistanın baş naziri de yure istədiyi ölkə və təşkilatı Qərbi Zəngəzura və Göyçəyə dəvət edə bildiyini yaxşı bilərək belə bir addım ataraq Rusiyaya qarşı demarş etmiş olur. Rusiya sərhədçilərinin, fsb sinin və 102 ci bazasının Ermənistanda olduğu bir vaxtda İrəvanın son 1 aydakı bəyanatları İrəvan – Moskva arasında iplərin qopması deməkdir. Ermənistan ordusunun Azərbaycan ordusu istiqamətində törətdiyi təxribatlar və İrəvanın Qərbdəki bəzi dövlətlərlə bağlı qapılar arxasında əldə etdiyi razılaşmalar onu deməyə əsas verir ki, yaxın vaxtlarda daha bir qapaz başlarında çatlayacaq.

Birmənalı şəkildə qeyd edə bilərik ki, Qarabağla bağlı vaxtın uzatmasının tərəfdarı olan müxtəlif istiqamətli qüvvələrin fəaliyyəti bölgəni geosiyasi toqquşma meydanının hərbi mərhələsinə çatdıra bilər. Bu isə, olduqca təhlükəlidir. Baş verənlərlə bağlı ən böyük məsuliyyət Ermənistanın üzərinə düşür”.