Estoniya XİN başçısı cəbhədəki vəziyyətlə bağlı açıqlama yaydıbackend

Estoniya XİN başçısı cəbhədəki vəziyyətlə bağlı açıqlama yaydı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Estoniyanın XİN başçısı Urmas Reynsalu ölkəsinin BMT Təhlükəsizlik Şurasında Dağlıq Qarabağdakı mövcud vəziyyətlə bağlı konsultasiyalara təşəbbüs edəcəyini açıqlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər naziri özünün “Facebook” səhifəsində yazıb.

“Dağlıq Qarabağ bölgəsindəki vəziyyət son dərəcə narahatlıq yaradır. Tərəfləri dərhal hərbi əməliyyatları dayandırmağa və vəziyyətin daha da gərginləşməməsi üçün bütün tədbirləri görməyə çağırıram. Fikir ayrılığını aradan qaldırmaq üçün zorakılıqdan istifadə edilməsini pisləyirik. Tərəflərin dərhal hərbi əməliyyatlarını dayandırması və ixtilafın sülh yolu ilə həll etməyə başlamaları vacibdir.

Estoniya BMT Təhlükəsizlik Şurasının üzvü olaraq Dağlıq Qarabağdakı hadisələri BMT Təhlükəsizlik Şurasında müzakirə etmək üçün konsultasiya təşəbbüs edəcək”, – o qeyd edib.

 

İnterpress.az