Evində girov saxlayan HƏMAS yaraqlısı ÖLDÜRÜLDÜ – FOTObackend

Evində girov saxlayan HƏMAS yaraqlısı ÖLDÜRÜLDÜ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəzzada evində girov saxlayan Həmas yaraqlısı öldürülüb.

İnterpress.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

İsrail ordusu və Şin Bet iyunun 19-da Qəzza zolağında HƏMAS hərbi kəşfiyyat batalyonunun əməliyyatçısı Məhəmməd Nacer Əli Kanitanı öldürüb.

O, 7 oktyabr 2023-cü ildə İsrailin cənubuna hücumda iştirak edib və müharibənin əvvəlində girovlardan biri Emili Damarini öz evində saxlayıb.

Emili Damari 7 oktyabr 2023-cü ildə Kibbutz Kfar Azadakı evindən HƏMAS silahlıları tərəfindən qaçırılıb.

O, ikili vətəndaşlığa malikdir – İsrail və Britaniya. Emili 19 yanvar 2025-ci ildə atəşkəs razılaşmasının bir hissəsi olaraq azad edildi.

Xuraman Etibarlı

İnterpress.az