Türkiyəli müğənni Reyhan Karacanın şəxsi həyatı ilə bağlı açıqlaması hər kəsi təəccübləndirib.
Yenisabah.az xəbər verir ki, 50 yaşlı ifaçı illər əvvəl evli kişiyə aşiq olduğunu deyib:
“Heç vaxt etmərəm” dediyim hər şeyi yaşamışam. Mümkünsüz bir eşqə düşdüm. Amma tez ağıllandım və özümü yığışdırdım”.
Reyhan Karacanın bu açıqlaması pərəstişkarları tərəfindən birmənalı qarşılanmayıb, onlar sənətçini tənqid atəşinə tutublar.
