F-16-ları əvəz edəcək F-35-lər Danimarkaya endibackend

F-16-ları əvəz edəcək F-35-lər Danimarkaya endi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Danimarkanın bir hissəsini Ukraynaya göndərəcəyi F-16 donanmasının dəyişdirilməsi üçün sifariş verdiyi F-35 döyüş təyyarələrindən 4-ü Skyrdstrup Hava Bazasına eniş edib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Danimarkanın 2,2 milyard dollara sifariş etdiyi 27 F-35 döyüş təyyarəsindən 4-ü ölkəyə gəlib. Ölkənin Jutland yarımadasındakı Skrydstrup aviabazasına eniş edən 4 ədəd F-35-in rəsmi çatdırılması oktyabrın 1-də həyata keçiriləcək. Bu 27 təyyarə 2025-ci ilin sonuna qədər davam etməsi gözlənilən keçid dövründən sonra ölkənin 40 ildən artıqdır istifadə etdiyi 30 F-16 döyüş təyyarəsi parkını əvəz edəcək.

ABŞ-dan Danimarka və Hollandiyaya Ukraynanın təsdiqi Danimarka Ukraynaya ümumilikdə 19 ədəd F-16 qırıcısı, 6 ədəd ilin əvvəlində, 8 ədədi gələn il, qalan 5 ədədi isə 2025-ci ildə tədarük etməyi planlaşdırır.

Avqustun 17-də ABŞ Hollandiya və Danimarkaya öz F-16 döyüş təyyarələrini Ukraynaya göndərməyə icazə verib. Avqust ayında Danimarka 8 ukraynalı pilota F-16-ların istifadəsi üzrə təlim keçirməyə başlayıb.

Norveç də F-16-ları Ukraynaya tədarük edəcəyini açıqlayıb, lakin ianə, təyyarələrin sayı və çatdırılma müddəti ilə bağlı hələlik heç bir açıqlama verilməyib.