ABŞ-nin sabiq Hərbi Dəniz Qüvvələri naziri Felan Trampdan onu istefaya göndərməməyi xahiş edib.
İnterpress.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
ABŞ-nin Hərbi Dəniz Qüvvələri (HDQ) naziri vəzifəsindən uzaqlaşdırılan Felan vəzifədə qalmaq üçün Donald Trampa müraciət edib. Lakin cəhdlər nəticə verməyib.
Nəşrin mənbələrə istinadən verdiyi məlumata görə, ABŞ-nin müdafiə naziri və onun birinci müavini Stiven Faynberq prezident Trampa bildiriblər ki, Felanın istefası qaçılmazdır.
Buna səbəb kimi sabiq nazirin Ağ Ev rəhbərinin gəmiqayırma sahəsindəki planlarını kifayət qədər operativ şəkildə həyata keçirməməsi göstərilib.
Xuraman Etibarlı
İnterpress.az






