Fələstin Administrasiyasının rəhbəri prezident Putinlə danışıqlar aparmaq üçün Rusiyaya səfər edir.
interpress.az xəbər verir ki, o, bu barədə RİA Novosti-yə müsahibəsində bildirib. Mahmud Abbas əlavə edib ki, avqustun 12-14-də baş tutacaq səfər zamanı Fələstin sülh prosesini müzakirə etməyi planlaşdırır.
Abbas qeyd edib ki, o, sülh prosesinin irəliləməsi üçün Rusiya lideri ilə bütün əsas məsələlərdə daim fikir mübadiləsi aparır.
Xuraman Etibarlı
İnterpress.az