“Fələstinə görə TikTok qadağa edilsin” – Amerikalı senatorbackend

“Fələstinə görə TikTok qadağa edilsin” – Amerikalı senator

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikalı senator TikTok-un bağlanmasını Fələstin tərəfdarı məzmunun populyarlığı ilə əlaqələndirib.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ-nin Nebraska ştatından olan respublikaçı senator Pit Riketts bildirib. O, ölkədə TikTok platformasının qadağan edilməsi zərurətini gənc amerikalılar arasında Fələstin tərəfdarı məzmunun populyarlığı ilə əlaqələndirib.

“18-29 yaşlı gənclərin təxminən üçdə biri xəbərləri yalnız TikTok-dan alır. Fələstin və HƏMAS tərəfdarı olan həştəqlər 50 dəfə çox baxış alır”, – senator bildirib.

Siyasətçi şikayət edib ki, Amerikalı TikTok istifadəçiləri Fələstin tərəfdarı videolara daha çox baxırlar:

“Bu Fələstin tərəfdarı videolar ABŞ-nin on ən böyük xəbər saytının cəmindən daha çox əhatəyə malikdir”.

Ricketts hesab edir ki, “irqçi” Fələstin tərəfdarı mövqeyi Çin Kommunist Partiyası tərəfindən yayılır və Amerikanın “demokratik dəyərlərinə zərbə vurur”. “Və bunu Kolumbiyada və digər kampuslarda baş verənlərin kontekstinə qoyduğunuzda, onların qalib gəldiyi aydın olur.”

Xuraman Etibarlı

İnterpress.az