Fermer, sanitar, işsiz… – Belarusda prezidentliyə namizədlər qeydiyyatdan keçibbackend

Fermer, sanitar, işsiz… – Belarusda prezidentliyə namizədlər qeydiyyatdan keçib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarusun Mərkəzi Seçki Komissiyası prezident postuna 10 namizədin sənədlərini qəbul edib.

Bu barədə “Sputnik” xəbər yayıb.

Bildirilir ki, onların arasında fermer, dizayner-mühəndis, əməliyyat sanitarı, sənətkar, bir neçə fərdi sahibkar və işsiz var. Potensial namizədlərdən dördü qadındır.

Prezident postuna iddiaçıların heç biri indiyə qədər analoji seçki kampaniyalarında iştirak etməyib.

O da vurğulanır ki, MSK-ya sənədləri mayın 15-dək təqdim etmək olar. Bunun üçün namizədlər 100 000 imza toplamalıdır.

Qeyd edək ki, Belarusda prezident seçkilərinin bu ilin avqustun 9-da keçirilməsi planlaşdırılır.

İnterpress.az