Filippində qasırğada ölənlərin sayı 25-ə çatıbbackend

Filippində qasırğada ölənlərin sayı 25-ə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Filippində Doksuri qasırğasının törətdiyi fəlakət və qəzalarda həyatını itirənlərin sayı 25-ə yüksəlib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Təxminən bir həftədir ölkəni təsir altına alan tayfun bir çox şəhərdə həyata mənfi təsir edib.

Səlahiyyətlilər, əsasən tayfunun səbəb olduğu torpaq sürüşməsi və sel kimi səbəblərdən ölənlərin sayının 25-ə yüksəldiyini, ilk təsbitlərə görə isə 20 nəfərin itkin düşdüyünü açıqlayıb.

Ölkədə təxminən 2,4 milyon insanı təsir edən qasırğa səbəbindən 50 mindən çox insan təhlükəsiz yerlərə təxliyə edilib.

Tayvanın şərq sahillərində güclü yağış və küləklərə səbəb olduqdan sonra Çinə çatan Doksuri tayfunu ölkəyə təsirini davam etdirir.

Milli Meteorologiya Mərkəzi saatda 173 kilometr küləyin sürətinə malik olan tayfunun Yaponiyadan ölkənin şimal-qərbinə doğru irəlilədiyi açıqlanıb.

Rəsmilər tayfunun avqustun 2-də Şərqi Çin dənizini vuracağını və Ciciang əyalətinin sahilyanı ərazilərində gelgitlərin təhlükə səviyyəsini keçəcəyini gözləyir.

Pekinin Mentougou bölgəsində davam edən leysan səbəbindən təxminən 5 min insan təhlükəsiz yerlərə təxliyə edilib, 2 nəfər isə həyatını itirib.

Bundan əlavə, Hibey əyalətinin Baodin şəhərində ikinci dərəcəli həyəcan siqnalı verilib, 54 mindən çox insan təxliyə edilib.

Ölkə daxilində təxminən 130 milyon insanın qasırğadan təsirlənəcəyi gözlənilir.