Filippində yanan bərədə 30 nəfərin meyiti AŞKARLANDIbackend

Filippində yanan bərədə 30 nəfərin meyiti AŞKARLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Filippin sahillərində bərə yanğınında 35 nəfər ölüb.

İnterpress.az xəbər verir ki, bu barədə Filippin Sahil Mühafizəsinin rəsmi nümayəndəsi məlumat yayıb.

Bildirilib ki, Filippin sahillərində yanan MV June Aster sərnişin bərəsində xilasedicilər 30 nəfərin meyitini aşkar ediblər.

Əvvəlki məlumatlar da nəzərə alınmaqla, faciə nəticəsində ölənlərin ümumi sayı 35-ə çatıb.

Xatırladaq ki,  Filippin əyalətinin Palavan əyalətində məşhur turizm məkanı yaxınlığında bərədə baş verən yanğın nəticəsində beş nəfər ölüb, 87 nəfər itkin düşüb.

M/V “June Aster” gəmisi sahildən 2,2 km aralıda alovlanıb. Gəmidə 134 nəfər olub, onlardan 40-dan çoxu təxliyə edilib.

Xuraman Etibarlı

İnterpress.az