ABŞ-nin Ukraynadakı səfiri Trampın siyasətinə görə istefa verir.
İnterpress.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.
ABŞ-nin Ukraynadakı səfiri Culiya Devis vəzifəsindən istefa verir. Məlumata görə, diplomatın bu addımı atmasına səbəb ABŞ Prezidenti Donald Trampın Kiyevə lazımi dəstək verməməsidir.
Səfir mövcud vəziyyətdən və Vaşinqtonun bu məsələdəki mövqeyindən məyus olduğunu bildirib.
Nəşrin məlumatına əsasən, səfirin bu qərarı Vaşinqtonun Ukraynaya hərbi və siyasi yardımları ilə bağlı siyasətində yaranmış dəyişikliklərin fonunda baş verir.
Culiya Devisin postunu tərk etməsi ABŞ-nin Ukraynaya dəstəyinin zəifləməsinə qarşı diplomatik etiraz kimi qiymətləndirilir.
Xuraman Etibarlı
İnterpress.az






