Finlandiya maliyyə problemləri səbəbindən dəmiryol işçilərini ixtisar etməyi planlaşdırır.
“İnterpress.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Finlandiya dövlət dəmiryol şirkəti məlumat yayıb.
Məlumata görə, maliyyə çətinliklərinin səbəbləri inflyasiya, ağır sənayenin tənəzzülü, Rusiya ilə əlaqələrin kəsilməsi və COVID-19 pandemiyasının nəticələri olub. Bütün bu amillər şirkətin gəlirliliyinə mənfi təsir göstərir.
“Dəyişən şərtlərə cavab vermək üçün bizim rəqabət qabiliyyətimizi və sərmayəmizi təmin edəcək tədbirlərə ehtiyacımız var”, – şirkətin baş direktoru Elis Markul deyib.
İlkin məlumatlara görə, 80 işçi ixtisar edilə bilər. Ümumilikdə şirkətdə 1 200 nəfər çalışır.