“Gələcəkdə Finlandiyanın yüzlərlə yeni peşəkar hərbi personala ehtiyacı olacaq”.
İnterpress.az xəbər verir ki, bunu Respublika Müdafiə Nazirliyinin ofisinin rəhbəri Esa Pulkkinen deyib.
Onun sözlərinə görə, hazırda Finlandiya Müdafiə Qüvvələrinin sayı 7-8 min arasında peşəkarlardan ibarətdir.
“Uzun müddətdə yüzlərlə kifayət etməyə bilər, lakin bununla bağlı hələ qərar yoxdur, məsələ nəzərdən keçirilir”, – Pulkkinen qeyd edib.
O bildirib ki, NATO-ya üzvlük Finlandiyanın müdafiə və silahlı qüvvələrinə dəyişikliklər gətirəcək.
Xuraman Etibarlı
İnterpress.az