Fransa “Nigerdəki çevrilişdən sonra bölgədə gərginliyin artması ilə” Burkina Faso vətəndaşlarına viza verilməsini dayandırıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Burkina Fasodakı Fransız səlahiyyətliləri adından viza müraciətlərini qəbul edən vasitəçi Capago şirkətinin internet saytında, Fransa Xarici İşlər Nazirliyinin Burkina Fasonu elan etməsindən sonra Fransa vizasının növbəti bildirişə qədər verilməyəcəyi açıqlanıb.
Açıqlamada viza müraciəti və zəng mərkəzlərinin bağlandığı bildirilib.
Fransa Xarici İşlər Nazirliyi Mali və Burkina Fasonun Nigerdəki çevrilişə dəstək verməsindən sonra avqustun 7-də Niger, Mali və Burkina Fasoya səyahət xəbərdarlığı edib.
Səyahət xəbərdarlığından sonra Mali də “qarşılıqlılıq əsasında” Fransa vətəndaşlarına növbəti bildirişə qədər vizaların verilməyəcəyini açıqlayıb.
Nigerdə prezident Məhəmməd Bazum iyulun 26-da Prezident Mühafizəsi Alayının ünsürləri tərəfindən saxlanılıb və həmin axşam hərbçilər onun hakimiyyəti ələ keçirdiyini elan ediblər.
Prezidentin Mühafizə Alayının komandiri general Abdurrahmane (Ömər) Tchiani iyulun 28-də Vətəni Müdafiə Milli Şurası (MNŞ) xuntasına rəhbərlik etməyə başlayıb və keçid hökumətinin başçısı olub.
Nigerdəki hərbi çevrilişdən sonra Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi (ECOWAS) iyulun 30-da hərbi xuntaya prezident Məhəmməd Bazumu azad edib vəzifəsinə qayıtması üçün 7 gün vaxt verib.
ECOWAS bu müddət ərzində tələblərinin yerinə yetirilməməsi halında hərbi müdaxilə də daxil olmaqla hər variantı nəzərdən keçirəcəklərini açıqlasa da, verilən müddətin sonunda hərbi əməliyyata başlamayıb.
Hərbi müdaxilə ehtimalı Qərbi Afrikadakı digər xunta hökumətlərinin reaksiyasını çəkib.
İdarədə əsgərlərin olduğu Burkina Faso və Mali ECOWAS-a birgə bəyanatda Nigerə hərbi müdaxilənin onlara qarşı müharibə demək olacağı barədə xəbərdarlıq edib.