Fransa Ukraynaya AMX 10-RC yüngül döyüş tankları göndərəcəkbackend

Fransa Ukraynaya AMX 10-RC yüngül döyüş tankları göndərəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa 2 ay ərzində Ukraynaya AMX 10-RC yüngül döyüş tankları göndərəcək.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Fransa Müdafiə Nazirliyinin bəyanatında deyilir ki, dünən Fransa müdafiə naziri Sebastyan Lekornu və Ukraynanın müdafiə naziri Aleksey Reznikov telefonla danışıblar.

İki nazir Fransanın Ukraynaya hərbi yardımını müzakirə edib və Fransanın 2 ay ərzində Ukraynaya AMX 10-RC tipli yüngül döyüş tankları göndərməsinə qərar verilib.

Fransa və Ukraynanın müdafiə nazirləri Ukrayna əsgərlərinə bu tanklardan istifadə etmək üçün tez bir zamanda təlim təşkil etmək qərarına gəliblər.