“Fransa və Rusiyanın regionda olması Azərbaycanın maraqlarına cavab vermir” – Şərhbackend

“Fransa və Rusiyanın regionda olması Azərbaycanın maraqlarına cavab vermir” – Şərh

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu cür təxribatların əsas səbəbi II Qarabağ savaşı ilə ölmüş ATƏT-in Minsk qrupunu yenidən canlandırmaqdır”.

Bu sözləri 7 Dekabr 2022-ci ildə Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının Azərbaycan mediasını Xocalı şəhərinə buraxmamasına münasibət bildirən politoloq Samir Hümbətov İnterpress.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiya sülhməramlılarının davranışı Fransanın 24 kanalının Qarabağdakı qondarma rejimin terrorçu başı Araik Arutunyanı efirə çıxarıb onu “Dağlıq Qarabağ Respublikası”nın lideri kimi təqdim etməsi mahiyyət etibarı ilə eyni anlama gəlir:

“Bu iki hərəkətdən belə qənaətə gəlmək olar ki, 1992-ci ildən başlayaraq bugünə kimi regionda baş verən hadisələr həm Rusiya, həm də Fransa tərəfindən bilərəkdən təşkilatlandırılıb. Yəni həm Fransa, həm də Rusiyanın regionda olması Azərbaycanın maraqlarına cavab vermir. Əlbəttə ki, bu cür təxribatların əsas səbəbi II Qarabağ savaşı ilə ölmüş ATƏT-in Minsk qrupunu yenidən canlandırmaq və beləliklə də regionda süni gərginliyin və öz maraqlarının saxlanılmasını təmin etməkdir. Baş vermiş bu iki hadisədən sonra belə qənaətə gəlmək olar ki, Rusiya və Fransa hər nə qədər digər məsələlərdə toqquşan fikirlərə sahib olsalar da, Qarabağ və ermənilər məsələsində üst-üstə düşən fikirlərə sahibdirlər”.