Fransada 2 at gücünə malik taxta avtomobil 210 min avroya satılıbbackend

Fransada 2 at gücünə malik taxta avtomobil 210 min avroya satılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada dülgər Mişel Robilyarın dizayn etdiyi, taxta kuzovlu 2 at gücünə malik avtomobil hərracda 210 min avroya satılıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Məlumata görə alma, albalı, qoz və armud ağaclarından istifadə edilərək hazırlanan taxta avtomobil bir çox qiymətli əsərlə birlikdə Tur şəhərindəki Artigny qalasında hərraca çıxarılıb.

1969-cu il model 2 at gücünə malik Citroen şassisi üzərində qurulan dizayn 5 il 5 min saatlıq əmək sərf edildikdən sonra tamamlanıb.

Maşını Parisli kolleksiyaçı 210 min avroya alıb.

İşlək vəziyyətdə olan nəqliyyat vasitəsinin hələlik hərəkətə dair arayışı yoxdur.

2011-ci ildə bir çox Ferrari markalı avtomobilin taxta modellərini hazırlayan Robillard, qarşıdakı iki ildə Citroen markasının üstü açıq DS21 klassik avtomobili üçün taxta kuzov dizayn etmək istədiyini bildirib.