Fransada bir həftədə istilərdən 80 nəfər ölübbackend

Fransada bir həftədə istilərdən 80 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada iyul ayında yaşanan qızmar istilər səbəbiylə ilk təsbitlərə görə 7-13 iyul tarixlərində 80 nəfər həyatını itirib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

7-13 iyul tarixləri arasında təsirli olan istilər Auvergne-Rhone-Alp, Bourgogne-Franche-Comte, Korsika, Grand-Est və Provansda-Alpes-Cote d’Azur bölgələrində çox yüksək olub.

Qlobal istiləşmənin təsiri ilə qızmar temperaturlar artsa da, bu tarixlər ərzində bu bölgələrdə ən azı 80 nəfər həyatını itirib.

Statistik araşdırmalar tamamlandıqdan sonra bu prosesdə yaşanan həddindən artıq istilər səbəbindən ölənlərin sayının artacağı gözlənilir.