Fransanın Lion şəhərində kimono geyindiyi üçün sinifdən çıxarılaraq dərslərə buraxılmayan tələbə qız “dini mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qaldığı” səbəbiylə şikayət edəcək.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Gənc qızın vəkili Nabil Boudi Liondakı bir liseydə təhsil alan qızdan kimononu çıxarmaq tələb olunub.
Kimonosunu çıxarmaq istəməyən qız şagirdin sinifdən çıxarılaraq məktəb direktorunun yanına aparıldığı və dərslərə buraxılmadığı bildirilib. Müdirin gənc qıza geyindiyi paltarla məktəbdə qala bilməyəcəyini dediyi ifadə edilən açıqlamada, bu hadisənin son vaxtlar məktəblilərə verdiyi göstərişlərin göstəricilərindən biri olduğu vurğulanıb.
Açıqlamada kimono geyinməyin dini mənsubiyyətin göstəricisi olmadığı vurğulanıb. “Dövlət qulluqçularının ayrı-seçkilik törətməsi cinayət məcəlləsinə uyğun cəzalandırılacaq” ifadəsinin yer aldığı bəyanatda “Dini zəminində ayrı-seçkilik edilib” səbəbilə hadisə ilə bağlı şikayət edəcəkləri bildirilib.