FTX Qaraçay-Çərkəzdə əməliyyat keçirib.
interpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, FTX Qaraçay-Çərkəziyanın bir qrup yüksək rütbəli məmurunu və hüquq-mühafizə orqanlarının əməkdaşlarını saxlayıb.
Onlar təxminən 60 milyon rubl dəyərində büdcə vəsaitinin mənimsənilməsi işində ittiham olunurlar.
Xuraman Etibarlı
İnterpress.az