Fuad Ələsgərov: “Prokurorluqda geniş islahatlar aparılıb və yeni kadrlar təyin olunub”backend

Fuad Ələsgərov: “Prokurorluqda geniş islahatlar aparılıb və yeni kadrlar təyin olunub”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Prokurorluğun fəaliyyətinin yaxşılaşdırılması istiqamətində geniş islahatlar aparılıb və yeni kadrlar təyin olunub.

Bu sözləri Prezidentinin köməkçisi və Prezidentin Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov deyib.

O bildirib ki, həyata keçirilən islahatlar nəticəsində prokurorluq əməkdaşlarının vəzifə maaşları iki dəfə artırılıb:

“Prezident daim prokurorluğun maddi texniki bazasının gücləndirilməsinə diqqət ayırıb. Bu gün yeni inzibati binanın ən müasir texnologiyalara cavab verəcək şəkildə hazırlanması da buna nümunədir. Prokurorluq orqanlarının vəzifəsi qanunvericiliyin keşiyində durmaqdır”.

Onun sözlərinə görə baş prokurorun təklifi ilə qanunvericilik sahəsində də dəyişiklik ediləcək.

 

İnterpress.az