Futbolçunun Rusiyaya qaçmaq cəhdinin QARŞISI ALINDIbackend

Futbolçunun Rusiyaya qaçmaq cəhdinin QARŞISI ALINDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hollandiya məhkəməsi Promesin Rusiyaya qaçmaq cəhdinin qarşısını alıb.

İnterpress.az xəbər verir ki, bu barədə Hollandiya mediası məlumat yayıb.

Futbolçu bu yay azad agent kimi ayda 200 min avrodan yuxarı maaşla (mükafatları hesaba almamaqla) Latviyanın “Riqa” futbol klubuna keçməyi planlaşdırırdı.

“Riqa” rusiyalı Sergey Lomakinə məxsusdur. O, Promesin dekabrda mövsümün sonuna qədər klubu gücləndirə biləcəyini və qışda sakitcə Rusiyanın “Rodina” futbol klubuna keçəcəyini gözləyirdi. Bu da Lomakinə məxsusdur.

Lakin Hollandiya məhkəməsi Promesin Hollandiya ilə ekstradisiya müqaviləsi olmayan Rusiyaya qaçma riskini görüb və həbsini 2025-ci ilin sonuna qədər uzadıb.

Bütün bunlar ona görə ki, futbolçu bir neçə dəfə Rusiyaya qayıtmaq istədiyini qeyd edib.

Xuraman Etibalı