“Füzuli hava limanından hərbi məqsədlər üçün istifadə ediləcək” – Şərhbackend

“Füzuli hava limanından hərbi məqsədlər üçün istifadə ediləcək” – Şərh

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Füzuli hava limanının hərbi məqsədlər üçün istifadə edilməsi Rusiya sülhməramlılarına nəzarət baxımından vacibdir”.

Bu sözləri Füzuli Beynəlxalq Hava Limanının  region üçün əhəmiyyətini dəyərləndirən politoloq Turan Rzayev İnterpress.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Füzuli hava limanı regiona investisiya və turistlərin cəlb edilməsi baxımdan vacibdir. Lakin təkcə humanitar, iqtisadi, siyasi baxımdan deyil, hərbi baxımdan da Füzuli aeroportu kifayət qədər strateji əhəmiyyətə malikdir:

“Füzuli Hava Limanından hərbi məqsədlər üçün də istifadə edilə bilər. Nəzər almaq lazımdır ki, hava limanında hələ əlavə işlər görüləcək və yeni uçuş zolaqları əlavə ediləcək. Azərbaycan uzun müddətdir hərbi hava qüvvələrini yeniləmək, islahatlar aparmaq istəyir. Bu istiqamətdə yaxın aylarda hərbi hava qüvvələrinə yeni döyüş təyyarələri alına bilər. Füzuli hava limanının istifadəyə verilməsi və hərbi hava qüvvələrinə yeni döyüş təyyarələrinin alınması onu deməyə əsas verir ki, Füzuli hava limanının hərbi məqsədlər üçün istifadə edilməsi planlaşdırılır.

Füzuli aeroportunun hərbi məqsədlər üçün istifadə edilməsini zəruri edən bir digər məsələ də Şuşadır. Belə ki, hava limanı ilə Şuşa arasında cəmi 100 kilometr məsafə var. Bu, gələcəkdə Şuşaya ediləcək istənilən hərbi təxribatın qarşısını almaq üçün ideal məsafədir. Yəni, Füzuli hava limanından qalxan döyüş təyyarələri Ermənistanın və separatçıların ehtimal təhdidlərininin qarşısını vaxtında ala bilər. Bu, həm də Azərbaycan Ordusunun Qarabağda manevr imkanlarını gücləndirir”.

Gülşən