Çində gənc kişi gecə telefon istifadəsindən sonra bir gözündə müvəqqəti görmə qabiliyyətini itirib.
İnterpress.az xəbər verir ki, bu barədə yerli həkimlər məlumat yayıb.
Çinin Çjançjiajie şəhərində 24 yaşlı gənc sağ gözündə qəfil və qısamüddətli korluq yaşayıb.
Həkimlərin sözlərinə görə, buna səbəb çox yüksək dərəcəli miopiya nəticəsində göz dibində yaranan dəyişikliklər olub. Bu vəziyyət vaxtında müdaxilə edilməzsə, geri dönməz görmə itkisinə gətirib çıxara bilər.
Məlumata görə, gənc universitet illərində uzun müddət telefonundan yan üstə uzanaraq istifadə edirdi. Bu vərdiş nəticəsində onun sağ gözündə miopiya 600 dioptriyə qədər yüksəlib — bu, sol gözdən 300 dioptri çoxdur.
Həkimlər bildirir ki, telefonu yan vəziyyətdə istifadə edəndə gözün qan damarları sıxılır, qan dövranı zəifləyir və zamanla göz daxilində təzyiq və “gərilmə” hissi yaranır. Bu isə akkomodasiya spazmına, müvəqqəti “ikiqat görmə” epizodlarına və hətta qısamüddətli korluğa səbəb ola bilər.
Xuraman Etibarlı
İnterpress.az






