AliExpress-dən sifariş edilən gəlinlik kukla paltarı çıxıb, toy təxirə salınıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Sankt-Peterburq sakini Ancelina İvanla 09.09.2026 tarixində evlənməyə hazırlaşırdı. Cütlük bütün toy üçün 250 min rubl (təxminən 5 min manat) büdcə ayırıb, gəlin isə yerli mağazada təxminən 100 min rubla (təxminən 2 min manat) satılan paltarı daha ucuz almaq üçün AliExpress-dən sifariş edib.
Lakin toy mərasiminə bir neçə gün qalmış poçta böyük gəlinlik əvəzinə kiçik paket gəlib. Paketdən ölçüsü ovuc boyda olan, kukla üçün nəzərdə tutulmuş gəlinlik çıxıb.
Uğursuz sifariş səbəbindən cütlük toy mərasimini təxirə salmaq məcburiyyətində qalıb.
Xuraman Etibarlı
İnterpress.az






