Gənclər təşkilatları üçün 17-ci qrant müsabiqəsinin nəticələri elan olunubbackend

Gənclər təşkilatları üçün 17-ci qrant müsabiqəsinin nəticələri elan olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Gənclər Fondunun keçirdiyi 17-ci qrant müsabiqəsinin qalibləri müəyyən edilib.

Fondun Müşahidə Şurasının qərarına əsasən yerli layihələr üzrə 71, beynəlxalq layihələr üzrə 6 layihənin dəstəklənməsi məqsədəuyğun hesab edilib.

Müsabiqənin məqsədi gənc nəslin fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, ictimai fəallığının artırılmasına, innovativ ideyalarının, yaradıcı təşəbbüslərinin reallaşdırılmasına, asudə vaxtlarının səmərəli təşkilinə yönəlmiş layihələri dəstəkləmək, habelə gənclər siyasətinin icrası prosesində yaxından iştirak etmək istəyən gənclər təşkilatlarının layihə təkliflərini qrant şəklində məqsədli maliyyələşdirib, onlar üçün geniş və faydalı fəaliyyət sahəsi yaratmaqdır.

17-ci qrant müsabiqəsinin qaliblərinin siyahısı ilə Azərbaycan Respublikasının Gənclər Fondunun rəsmi internet səhifəsindən (www.youthfoundation.az) tanış olmaq mümkündür.

Qrantın alınması məqsədilə müqavilələrin imzalanması üçün sənədlərin göndərilmə tarixi 10 oktyabr – 1 noyabr müəyyən edilib.

Qeyd edək ki, müraciətlərə Azərbaycan Gənclər Fondunun Müşahidə Şurasının 4 oktyabr 2018-ci il tarixli Q-03 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Gənclər Fonduna gənclər siyasəti ilə bağlı proqram və layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələr çərçivəsində və müsabiqədənkənar gənclər təşkilatlarından daxil olan layihə təkliflərinin ekspertiza və qiymətləndirmə meyarları”na əsasən baxılır.