Gəncləri məhf edən “Glo” tütün qızdırıcılarıbackend

Gəncləri məhf edən “Glo” tütün qızdırıcıları

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son vaxtlar Bakıda siqaret çəkənlər üçün başqa bir innovasiya – “Glo” və IQOS tütün qızdırıcıları israrla reklam olunur.

İstehsalçılar bu cihazda tütünün yalnız 240-245 dərəcə qızdığına diqqət çəkirlər. Bu halda nikotinlə doymuş aerozol əmələ gəlir. Tüstünün, külün və xoşagəlməz tütün qoxusunun olmaması səbəbindən bu üsula təmiz siqaret də deyilir. Maraqlıdır ki, bir çoxları qoxunun hələ də hiss olduğunu və adi siqaretdən daha xoşagəlməz olduğunu iddia edirlər.

Elektron siqaretlər bir batareya bloku və bir buxarlandırıcıdan ibarətdir. “Glo” cihazında isə bir USB kabel və bir təmizlik fırçası var. Elektron siqaretləri 2 manatdan başlayan qiymətlərlə əldə etmək olar. Bəzən qiymət 200 manata qədər çata bilər. “Glo” və IQOS kimi cihazların qiyməti isə 45 manatdan 300 manata qədər dəyişir.