Buçada Rusiya qoşunlarına komandanlıq edən general-mayora sui-qəsd edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya teleqram kanalları məlumat yayıb.
Xabarovsk diyarında Rusiya ordusunun general-mayoru Azatbek Omurbekova qarşı sui-qəsd həyata keçirilib.
Qeyd edək ki, o, Ukraynanın Buça şəhərində Rusiya qoşunlarına komandanlıq edən şəxs olub.
Məlumata görə, bomba pilləkən meydançasında yerləşən poçt qutusuna qoyulub. Partlayış nəticəsində təlim-rabitə taborunun komandiri, polkovnik-leytenant Kuzmenko hadisə yerindəcə həlak olub.
General-mayor A.Omurbekovun vəziyyəti barədə isə hələlik heç bir məlumat verilmir.
Xuraman Etibarlı
İnterpress.az






