Almaniya Rusiya ilə mümkün müharibəyə hazırlaşır, gizli plan üzə çıxıb.
İnterpress.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.
Məlumata əsasən, Almaniya Rusiya ilə silahlı münaqişə baş verəcəyi təqdirdə tətbiq olunacaq xüsusi plan üzərində işləyir.
Plan Almaniya və Amerika bölmələri də daxil olmaqla, NATO ölkələrinin 800 minə qədər hərbçisinin şərqə – mümkün cəbhə xəttinə köçürülməsini nəzərdə tutur.
Nəşrin mənbələri iddia edir ki, sənəd olduqca detallı işlənib. Belə ki, planda qoşunların hərəkəti üçün nəzərdə tutulan körpülər, limanlar, avtomobil yolları və çaylar dəqiqliklə qeyd olunub.

Xuraman Etibarlı
İnterpress.az






