Goranboyda ağır qəza: Bir nəfər öldübackend

Goranboyda ağır qəza: Bir nəfər öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Goranboyda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Baku TV xəbər verir ki, hadisə rayonun Dəliməmmədli şəhərinin ərazisində qeydə alınıb. Hərəkətdə olan minik maşını və traktor toqquşub.

Toqquşma nəticəsində minik maşınında olan sərnişin Əmin Muradov ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirlib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

 

 

 

 

 

Interpress.az