Goranboyda ağır qəza: sürücü öldübackend

Goranboyda ağır qəza: sürücü öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Goranboy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən İnterpress.az-a bildiriblər ki, Goranboy rayonunun Ağcakənd qəsəbəsi ərazisində Qaraçinar kənd sakini Araz Hümbətov idarə etdiyi “Hunday” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Sonradan avtomobil yaxınlıqdakı daş hasara çırpılıb. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə ilə bağlı Xocalı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

İnterpress.az