Dünən saxlanılan “Güclü Ermənistan” partiyasının üzvlərinin taleyi bəlli olub.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Ermənistanın Artaşat şəhərində “Güclü Ermənistan” partiyasının ofisindən saxlanılan 7 nəfərdən 6-sı barəsində məhkəmə tərəfindən ev dustaqlığı qətimkan tədbiri seçilib. Bu barədə hüquq müdafiəçisi Qoar Meloyan məlumat verib.
Saxlanılanlar arasında çoxuşaqlı ana Asmik Amirzadyan da var. Məhkəmə digər bir şəxs barəsində verilən həbs qətimkan tədbiri vəsatətini isə rədd edib və o, sərbəst buraxılıb.
İş üzrə məhkəmə iclası Antikorrupsiya Məhkəməsində keçirilib və gecə yarısına qədər davam edib.
Xuraman Etibarlı
İnterpress.az






