Moskva metrosunda vaqonlara atəş açan məktəbli SAXLANILDI – VİDEObackend

Moskva metrosunda vaqonlara atəş açan məktəbli SAXLANILDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada 7-ci sinif şagirdi metronun vaqonlarına pnevmatik tapançadan atəş açıb.

İnterpress.az xəbər verir ki, bu barədə İrina Volk məlumat verib.

Moskvada məktəbli tərəfindən təhlükəli insident törədilib. 7-ci sinif şagirdi metroda hərəkətdə olan qatarın vaqonlarına pnevmatik tapançadan atəş açıb.

Hadisədən dərhal sonra yeniyetmə saxlanılaraq polis bölməsinə aparılıb.

Məlumata görə, həmin yeniyetmə əvvəllər də hüquq-mühafizə orqanlarının diqqət mərkəzində olub.

Belə ki, o, daha öncə avtobusun arxa hissəsindən yapışaraq hərəkət edərkən polis tərəfindən aşkarlanmışdı.

Xuraman Etibarlı

İnterpress.az