Güləş üzrə Azərbaycanın ilk dünya çempionu dəfn edildibackend

Güləş üzrə Azərbaycanın ilk dünya çempionu dəfn edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 3-ü gecə saatlarında koronavirusdan dünyasını dəyişən “Neftçi” klubunun sabiq prezidenti Aydın İbrahimov dəfn olunub.o, Bakıdakı “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.

Mərasimdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Milli Olimpiya Komitəsinin və Azərbaycan Güləş Federasiyasının rəsmi şəxsləri iştirak edib.

Qeyd edək ki, Aydın İbrahimov 1963-cü ildə İsveçin Helsinqborq şəhərində sərbəst güləş üzrə dünya çempionu olub. O, Azərbaycanın dünya çempionatında qızıl qazanan ilk idmançısı olub. İbrahimov 1964-cü ildə Yaponiyanın paytaxtı Tokioda keçirilmiş Yay Olimpiya Oyunlarında bürünc medala sahib çıxıb. Daha sonra 1966-cı ildə Almaniyanın Karlsrue şəhərində Avropa çempionu adına yiyələnib. Nailiyyətlərinə görə SSRİ-nin Əməkdar idman ustası, Əməkdar məşqçi, Beynəlxalq dərəcəli hakim adlarını alıb. O, dünyada güləş idman növünün inkişafındakı xidmətlərindən dolayı qızıl medalla təltif edilib. A.İbrahimov bir müddət futbol sahəsində də çalışıb, 1988-1997-ci illərdə “Neftçi” klubunun ilk prezidenti olub.

Prezident İlham Əliyev 2019-cu ilin sentyabrında Aydın İbrahimova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.