Günəşin səthində ilk dəfə nəhəng ləkələrdən sonra ilk partlayış ötən gün baş verib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Yerin ölçüsündən 20 dəfə böyük olan həmin partlayış müşahidə edilib.
Radio rabitəsində bu partlayışın yaratdığı fasilələr təxminən 30 dəqiqə davam edib.
Ancaq mütəxəssislər hələ də bun dəqiq nə olduğunu düşünürlər.
Partlayışdan sonra Günəşdən uzaqlaşan odlu döngə Yer ölçüsündə 20 planeti udmaq üçün kifayət qədər böyük olub.
Lakin bu baş vermədi. Çünki od halqasının Yerin əks istiqamətində hərəkət etdiyi müşahidə edilib.
İyulda baş verən bir sıra digər böyük püskürmələr kimi, bu püskürmənin də Yerə çatmayacağı bildirilir.
X sinfi olaraq xarakterizə edilən partlayış ən sıx günəş partlayışları kateqoriyasındadır.