Günəşdə iki güclü PARTLAYIŞ: Aprelin sonu meteohəssaslar üçün ÇƏTİN KEÇƏCƏK – FOTObackend

Günəşdə iki güclü PARTLAYIŞ: Aprelin sonu meteohəssaslar üçün ÇƏTİN KEÇƏCƏK – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Günəşdə iki güclü alovlanma qeydə alınıb. 

İnterpress.az xəbər verir ki, bu barədə Kosmos Araşdırmaları İnstitutu (KAI) məlumat yayıb.

Günəşdə M sinfinə aid iki güclü alovlanma faktı qeydə alınıb. Bu alovlanmaların aprel ayının sonu və may ayının əvvəlində meteohəssas insanlar üçün çətin dövr yaradacağı proqnozlaşdırılır.

Məlumata görə, aprelin 27-də 11 dəqiqə davam edən M6.0 sinifli alovlanma qeydə alınıb.

Bakı vaxtı ilə saat 10:45-də (Moskva vaxtı ilə 09:45-də) isə 23 dəqiqə davam edən M1.1 sinifli başqa bir alovlanma müşahidə olunub.

Həftəsonu Günəşdə ümumilikdə altı M sinifli alovlanma baş verdiyi bildirilir.

Günəş alovlanmaları Yerə çataraq maqnit qasırğalarına səbəb ola biləcək plazma buludlarının ayrılması ilə müşayiət oluna bilər.

Xuraman Etibarlı

İnterpress.az