Gürcüstan iqtisadiyyatı 7 ayda 7,2% artıbbackend

Gürcüstan iqtisadiyyatı 7 ayda 7,2% artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İlkin hesablamalara görə, Gürcüstanda 2023-cü ilin iyul ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ümumi daxili məhsulun (ÜDM) artımı 5,5 faiz, 2023-cü ilin yeddi ayı üzrə orta göstərici isə 7,2 faiz müəyyən edilib.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

2023-cü ilin iyul ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə artıma aşağıdakı sektorlar əhəmiyyətli töhfə verib: maliyyə və sığorta fəaliyyəti, tikinti, ticarət, peşə, elmi və texniki fəaliyyət.

Emal və mədənçıxarma sənayesi, informasiya və rabitə sektorlarında azalma tendensiyası müşahidə olunub.

Yanvar-iyul aylarında mallarla xarici ticarət statistikasının göstəricilərinə gəlincə:

Malların ixracı (FOB) – 3,5 milyard ABŞ dolları. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,9% artıb

Malların idxalı (CIF) – 8,5 milyard ABŞ dolları. 19% artım

Xarici ticarət dövriyyəsi – 12,1 milyard ABŞ dolları. 18% artım