Gələn ildən Gürcüstan universitetlərində bakalavr dərəcəsi 3 illik ola bilər.
Bu barədə interpress.az yerli mediaya istinadən xəbər verir.
Bildirilib ki, hazırda bununla bağlı işlər davam etdirilir.
Nazirlik bu mərhələdə əlavə təfərrüatlar barədə məlumat verə bilmədiklərini bildirib. Lakin məlum olduğu kimi, təşəbbüslə bağlı artıq həm özəl, həm də dövlət universitetlərinin rektorları ilə müzakirələr aparılıb.
Qeyd edək ki, artıq bəzi özəl universitetlərdə bəzi istiqamətlər üzrə 4 illik bakalavr proqramı əvəzinə 3 ilik dərəcə mövcuddur.
Məlumat üçün bildirək ki, bu il yanvarın 23-də Qafqaz Universitetində təhsil nazirinin iştirakı ilə Rektorlar Şurası keçirilib.
Məhz bu görüşdə tərəflər təhsil müddətinin 4 ildən 3 ilə endirilməsini müzakirə ediblər.