İyunun 12-də Gürcüstanda un idxalına müvəqqəti idxal rüsumu tətbiq edilib. Norm iyunun 12-dən qüvvəyə minib və 5 ay müddətində qüvvədə olacaq. Tənzimləmədən 2 ay sonra unun idxalı azalıb, buğdanın idxalı isə artıb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Məlumata görə, 2022-ci ilin 7-ci ayında Gürcüstan 36,2 milyon ABŞ dolları dəyərində 95 min 726 ton, 2023-cü ilin eyni dövründə isə 26,9 milyon ABŞ dolları dəyərində 94 min 831 ton un alıb. 2022-ci ilin 7-ci ayında Gürcüstan 19,1 milyon ABŞ dolları dəyərində 55 min 550 ton, cari ilin eyni dövründə isə 26,5 milyon ABŞ dolları dəyərində 93 min 28 ton buğda alıb.
Əgər 2023-cü ilin aprel və may aylarında Gürcüstana 5 milyon ABŞ dolları dəyərində 16 min 631 ton buğda, iyun və iyul aylarında isə 8,4 milyon ABŞ dolları dəyərində 35 min 334 ton buğda daxil olubsa, tənzimləmənin təsirini təsəvvür etmək lazımdır.
O cümlədən, aprel və may aylarında Gürcüstan 8,2 milyon ABŞ dolları dəyərində 30 min 224 ton un, iyun və iyul aylarında isə 5,2 milyon ABŞ dolları dəyərində 21 min 707 ton buğda və çovdar unu alıb.
Nəzərinizə çatdıraq ki, bütün hallarda əsas idxalçı Rusiyadır. Yerli taxılçılıqla məşğul olan fermerlər və dəyirmançılar uzun müddətdir ki, un idxalı üçün bərabər şərait yaradacaq qaydaları tətbiq etməyə çağırıblar.