Gürcüstanda göyərti 5 dəfə bahalaşıbbackend

Gürcüstanda göyərti 5 dəfə bahalaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda göyərtinin qiyməti artır.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

EastFruit monitorinqinə əsasən, keşnişin orta topdansatış qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə 5 dəfə bahadır.

Bu il 1 kiloqram keşnişin qiyməti 15 lari olduğu halda, ötən il bu vaxt onun qiyməti 3 laridən yuxarı qalxmayıb.

Əsas səbəb pis havadır. Avqustun əvvəlində yığılan keşniş və şüyüd iyun ayında əkilir. Builki məhsula güclü yağışlar təsir göstərib və nəticədə məhsuldarlıq aşağı olub.

Qeyd etmək lazımdır ki, bunlar arasında cəfəri ən ucuzu olub. Bu il kiloqramın qiyməti 5 laridir.

Göyərtilərin gec əkilməsi nəticəsində fermerlər xeyli yaxşı məhsul gözləyirlər, çünki günəşin göyərtilərə bol yağıntıdan daha çox müsbət təsiri var.