Gürcüstanda gün ərzində koronavirusa yoluxma aşkar edilmədibackend

Gürcüstanda gün ərzində koronavirusa yoluxma aşkar edilmədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda ötən sutka ərzində koronavirusa yoluxma aşkar edilməyib.

“Sputnik Gürcüstan” bu barədə Tbilisi Yoluxucu Xəstəliklər xəstəxanasının direktoru Marina Ezuqbayanın açıqlamasına istinadla xəbər yayıb.

Bildirilib ki, bu, fevralın 26-dan – ölkədə koronavirus aşkar ediləndən bəri ilk belə hadisədir.

Qeyd edək ki, Gürcüstanda koronavirus indiyə qədər 879 nəfərdə aşkar edilib, onlardan 14-ü ölüb.

Eyni zamanda, gün ərzində 20 xəstənin koronavirusdan sağaldığı bildirilib. Sağalanların ümumi sayı 724 nəfərdir. Klinikalarda koronavirusdan müalicə olunan 141 xəstə var.

İnterpress.az