Gürcüstanda internetlə təmin olunma artıb.
İnterpress.az yerli mediaya istinadən xəbər verir ki, 2023-cü ildə Gürcüstanda ailələrin 89 faizinin internetə çıxışı olub ki, bu da əvvəlki illə müqayisədə 0,6 faiz bəndi çoxdur.
Onların arasında kənd yerlərində internetlə təmin olunma 1 faiz bəndi artıb.
Gürcüstanda şəhərlərdəki ailələrin 93,1 faizi, kənd yerlərində isə 83,4 faizi internetlə təmin olunub. Regionlar üzrə ən yüksək göstərici Acarıstan və Tbilisidə qeydə alınıb, müvafiq olaraq 96,2 və 94,2 faiz təşkil edib.
Son 3 ayda 6 yaşdan yuxarı əhalinin 82,7 faizi internetdən istifadə edib ki, bu da əvvəlki illə müqayisədə 2,8 faiz bəndi çoxdur.
Yaş qruplarına görə internetdən istifadə göstəricisi 15-29 yaşlı əhali arasında ən yüksəkdir və 98,1 faizdir.