Gürcüstanda koronavirus tüğyan edir: 3 504 yeni yoluxma – 33 nəfər öldübackend

Gürcüstanda koronavirus tüğyan edir: 3 504 yeni yoluxma – 33 nəfər öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda son sutka ərzində 3 504 koronavirus faktı aşkarlanıb.

İnterpress.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında məlumat yerləşdirilib.

Açıqlamaya görə, ümumi yoluxma 76 658 nəfərə yüksəlib.

Ölənlərin sayı isə 33 nəfər artaraq 669-a çatıb.

Qeyd edək ki, Gürcüstanda bu günədək 58 674 xəstə sağalıb, 17 315 nəfər isə hələ də aktiv virus daşıyıcısıdır.

 

İnterpress.az