Gürcüstanda məktəblər bu tarixdən yeni tədris ilinə başlayacaqbackend

Gürcüstanda məktəblər bu tarixdən yeni tədris ilinə başlayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumi təhsil haqqında qanun Gürcüstanın dövlət məktəblərində təhsilin başlama və bitmə tarixini tənzimləyir.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Belə ki, rəsmi sənədə əsasən, Gürcüstanın bütün dövlət məktəblərində tədris ilinin başlama tarixi 15 sentyabr, bitmə tarixi isə iyunun 15-dir.

2023-cü ildə 15 iyun cümə gününə təsadüf edir. Ona görə də cəmiyyətdə yeni dərs ilinin sentyabrın 15-də deyil, sentyabrın 18-də – bazar ertəsi başlaya biləcəyi gözləntiləri var.

Yeni tədris ili nə vaxt başlayır – 18, yoxsa 15 sentyabr?

Məlumata görə, “tədris ili sentyabrın 15-də başlayacaq”.

Qeyd edək ki, təhsil müddətinin təxirə salınmasına gəlincə, buna qanunla da icazə verilir, lakin 15 sentyabr həftə sonu və ya bayram gününə təsadüf edərsə – belə olan halda tədris ili 15 sentyabrdan sonrakı ilk iş günü başlayır.