Gürcüstanda otlaq sahələrinin icarəyə verilirbackend

Gürcüstanda otlaq sahələrinin icarəyə verilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dövlət mülkiyyətində olan otlaqlara çıxış” Dövlət Proqramı çərçivəsində IX mərhələdə icarəyə veriləcək otlaq kateqoriyasına aid kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin məlumatları seçilərək dərc edilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Belə ki, otlaq sahələrini icarəyə götürmək istəyənlər üçün ərizələrin qəbulu avqustun 24-dən başlayıb və sentyabrın 29-dək davam edəcək.

Kaxeti, Samtsxe-Cavaxeti, Kvemo Kartli, Şida Kartli, Mtsxeta-Mtianeti, İmereti, Sameqrelo-Zemo Svaneti, Raça-Leçxumi və Kvemo Svaneti və Quriya bölgələrinin 208 otlaq sahəsinin məlumatları dərc edilib. 28 mart 2022-ci il tarixindən etibarən agentlik səkkiz mərhələdə icarəyə veriləcək otlaq sahələrinin məlumatlarını seçib dərc edib.

Otlaqlar haqqında ətraflı məlumat Gürcüstan Dövlətinin Dayanıqlı Torpaq İdarəetmə və Torpaqdan İstifadə Monitorinqi üzrə Milli Agentliyinin və Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin internet saytında, həmçinin agentliyin rəsmi Facebook səhifəsində qeyd olunub.

2021-ci il oktyabrın 6-da Gürcüstan hökuməti “dövlət mülkiyyətində olan otlaqlara çıxış” dövlət proqramını təsdiqləyib. Proqram iribuynuzlu və xırdabuynuzlu heyvanları olan fermerlərə üç illik icarə müqaviləsi çərçivəsində istədikləri otlaq sahəsini icarə yolu ilə əldə etmək imkanı verir.