Gürcüstanda pols keçmiş həyat yoldaşını və qayınanasını öldürüb, özü isə intihara cəhd edibbackend

Gürcüstanda pols keçmiş həyat yoldaşını və qayınanasını öldürüb, özü isə intihara cəhd edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tbilisinin Dolidze küçəsində keçmiş həyat yoldaşını və qaynanasını qətlə yetirən şəxs Daxili İşlər Nazirliyinin əməkdaşıdır.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

İstintaq Xidmətinin bölmə rəisi Baçana Kvaratsxelanın sözlərinə görə, qətl mərhum qadının iki azyaşlı uşağının iştirakı ilə baş verib. İki və ya daha çox şəxsi qəsdən öldürmə maddəsi ilə istintaq aparılır.

“Hazırda Xüsusi İstintaq Xidməti hadisə yerində bütün zəruri istintaq və prosessual hərəkətləri həyata keçirir. Bizdə olan məlumata görə, Daxili İşlər Nazirliyinin əməkdaşı keçmiş həyat yoldaşına və qaynanasına odlu silahdan atəş açıb, bundan sonra başına xəsarət yetirib.

Daha sonra ictimaiyyətə ətraflı məlumat veriləcək. Hadisə yerində mərhumun azyaşlı uşaqları olub və şəxslərdən biri də hadisənin şahidi olub”, – Kvaratsxeliya bildirib.

Bir neçə saat əvvəl məlum olub ki, Tbilisinin Dolidze küçəsində kişi keçmiş həyat yoldaşını və qayınanasını öldürüb, bundan sonra özünə xəsarət yetirib.