Gürcüstanda pul təzminatı müqabilində qan vermək qanunla qadağan olunacaqbackend

Gürcüstanda pul təzminatı müqabilində qan vermək qanunla qadağan olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Parlament “İnsan qanının və onun komponentlərinin keyfiyyəti və təhlükəsizliyi haqqında” qanuna dəyişiklik edib, buna əsasən pul kompensasiyası üçün qan donorluğu qanunla qadağan olunacaq.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Belə ki, dəyişikliklərin elə birinci bəndində göstərilir ki, insan qanının (bundan sonra – qan) donorluğu könüllülük, fədakarlıq və anonimlik prinsiplərinə əsaslanır.

Qanunun üçüncü fəslinə əsasən, şəxs qan və ya onun komponentlərini pul kompensasiyası və/və ya pul kompensasiyasına bərabər tutulan müavinətlər olmadan sərbəst şəkildə verməlidir. Qan və ya onun komponenti müqabilində pul kompensasiyası və/və ya pul kompensasiyasına bərabər müavinət alınmasına və ya təklif edilməsinə yol verilmir.

Dəyişiklik 2025-ci il iyulun 1-dən qüvvəyə minəcək. Qanun çərçivəsində Gürcüstan hökumətinin dövlət adından yaratdığı mərkəzi qan müəssisəsi özəl qan banklarını əvəz edəcək. Mərkəzi qan müəssisəsi Səhiyyə Nazirliyinin tabeliyində olacaq və bunun üçün 16 milyon lari ayrılacaq.

Ölkədə nə qədər özəl, nə qədər dövlət müəssisələrinin olacağını da limitlər müəyyənləşdirəcək. Qanın toplanması, yoxlanılması, saxlanması və paylanmasına cavabdeh olan üç qan müəssisəsi yaradılacaq. Onlardan biri dövlət, ikisi isə özəl qurumlar olacaq.

Eyni zamanda klinikalar əsasında qan bankları fəaliyyət göstərəcək ki, onlar da yalnız qanı saxlaya və verə biləcəklər.